“Onsuz da Makedoniya yığmasına qarşı oynaya bilməyəcəkdim” - MÜSAHİBƏ
12.11.2013 - 19:06
Milli komandamızın futbolçusu İltər Taşkın bu gün jurnalistlər önünə çıxıb. Almaniyada Braunşvayq “Ayntraxt”ının şərəfini qoruyan gənc futbolçu apasport.az saytının əməkdaşının suallarını da cavablandırıb.
- İlk dəfə əsas milli komandaya dəvət olundunuz. Bu, necə duyğudur?
- Gözəl duyğudur. Əsas yığmaya çağırıldığım üçün xoşbəxtəm. Mənim üçün hər şey yaxşıdır.
- U-21-də Makedoniya ilə oyununuz olduğu halda, əsas millidən dəvət alacağınızı heç gözləyirdiniz?
- Düzdür, həmin oyun rəsmi matç olduğundan, daha vacib idi. Ancaq mənim sarı vərəqələrim olduğundan, cəzalı idim. Onsuz da Makedoniyaya qarşı oynaya bilməyəcəkdim. Bununla belə, əsas komandadan da dəvət gələcəyini heç düşünməzdim.
- Almaniyada klubunuzun son oyunlarında meydana çıxmırsınız...
- “Ayntraxt”ın U-23 komandasında U-19-dan yeni çıxmışam. Orda yeniyəm. Ona görə də əsas komandadan U-23-ə futbolçu göndərilən zaman bəzən ehtiyatda qalmalı oluram. İnşallah, gələcək oyunlarda meydana çıxacağam.
- Klubunuzda Azərbaycanın əsas millisindən dəvət almağınızı necə qarşıladılar?
- Yaxşı qarşıladılar. Onlar da görürlər nə etdiyimi.
- Azərbaycanla bağlılığının hardan qaynaqlandığını da açıqlayardınız...
- Biz İğdırlıyıq. Türkiyədə Azərbaycanlı deyirlər bizə. Atam və anam da azərbaycanca bir az danışa bilir.
Səbuhi TOFİQOĞLU

0
0