Van Persinin əvəzinə Leroy milliyə çağırıldı
12.11.2013 - 20:52
Hollandiya milli komandasının ulduz futbolçusu Robin van Persi heyətdən kənarlaşdırılıb. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı hücumçunun zədələnməsidir.
Digər tərəfdən yığmanın daha bir üzvü Yordi Klasi də xəsarət alıb. Bununla da hər iki futbolçu Hollandiya millisinin 16 - 19 noyabrda keçirəcəyi Yaponiya və Kolumbiya yığmaları ilə oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, həmin futbolçuların əvəzinə “Norviç”dən Leroy Fer və “Vitesse”dən Davi Propper millinin heyətinə daxil edilib.

0
0