“İsveç DÇ-2014-ə qatılmağa Portuqaliyadan daha çox layiqdi”
12.11.2013 - 21:38
“İsveç DÇ-2014-ə qatılmağa Portuqaliyadan daha çox layiqdi”
İsveç millisinin ulduz futbolçusu Zlatan İbrahimoviç Braziliyada keçiriləcək dünya çempionatına qatılmaqla bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “goal.com”a danışan təcrübəli hücumçu yığmasının Portuqaliyadan daha çox DÇ-2014-də çıxış etməyə layiq olduğunu bildirib:

“Yəqin ki, Portuqaliya favoritdir, amma biz Almaniyanın olduğu qrupda ikinci yeri tutmuşuq və DÇ-2014-də vəsiqə qazanmağı daha çox haqq edirik. Qrupda çox çətin oyunlarımız oldu və bu amil bizim uğura inamımızı daha da artırdı”.

Qeyd edək ki, DÇ-2014-ün pley-off mərhələsi çərçivəsində İsveç noyabrın 15-də səfərdə, 19-da isə evdə Portuqaliya millisi ilə qarşılaşacaq.