Riberi: Damarlarımda türk qanı axırmış kimi hiss etdim
12.11.2013 - 22:48
“Bavariya”nın ulduz futbolçusu Frank Riberi sabiq klubu “Qalatasaray” haqqında maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Almaniya mətbuatına danışan 30 yaşlı yarımmüdafiəçi “Fənərbaxça” ilə derbi qarşılaşması ilə bağlı xatirələrini dilə gətirib:
”Qalatasaray”da möhtəşəm 6 ay yaşadım. Türkiyəli azarkeşlər çox fanatikdir. “Fənərbaxça”nı 5:1 hesabı ilə məğlub etdiyimiz oyunda qol vurdum. Həmin qoldan sonra damarlarımda türk qanı axırmış kimi hiss etdim”.
Qeyd edək ki, fransalı futbolçu 2005-ci ildə “Qalatasaray”da çıxış edib və Türkiyə Kubokunun finalında “Fənərbaxça”ya 1 qol vurub.

0
0