Simeonedən iddialı açıqlama: İspaniyada ən yaxşı ikinci “Real” deyil, bizik
13.11.2013 - 07:44
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan təcrübəli mütəxəssis komandasının “Real”dan daha güclü olduğunu deyib:
“İspaniya La Liqası bezdiricidir. Çünki həmişə zirvədə “Barselona” olur. Kataloniya klubu çöküşdə deyil. Keçirdiyi 13 qarşılaşmanın 12-ni qazanıb, ancaq birində bərabərə qalan komanda çöküşdə olmaz. Onlar pis də oynasalar, yaxşı da oynasalar qalib gəlirlər. Biz də onları təqib edirik. Müəyyən bir vaxtdır ki bu belə davam edir. Məncə, İspaniyada ən yaxşı ikinci “Real” deyil, bizik”.
Qeyd edək ki, cari mövsümdə “Atletiko” 13 oyundan sonra 34 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır.

0
0