“Yüksək pillələrə olan ambisiyamız Azərbaycanla oyunun nəticəsindən asılıdır”
13.11.2013 - 09:55
“Bizi 2 çox vacib oyun gözləyir. Yüksək pillələrə olan ambisiyamız Azərbaycan və Norveçlə oyunun nəticələrindən asılıdır”. Apasport.az saytının məlumatına görə, bunu Makedoniyanın 21 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Boban Babunski deyib.
U-21-lə yanaşı, eyni zamanda Makedoniyanın əsas yığmasının məşqçisi olan Babunski noyabrın 15-də millimiz, 19-da isə Norveçlə ev oyunları haqqında danışıb. Əsas komandanın baş məşqçisi olmağa namizədlərdən olan 45 yaşlı çalışdırıcı yığmamızla (0:0) və Norveçlə (1:2) ilk matçlarda itirilən xalları Skopyedə çıxartmalı olduqlarını bildirib.
Vaxtilə Makedoniya millisində Con Toşakın köməkçisi olmuş Babunskini dinləyək: “Biz Bakı və Drammendəki səfər matçlarımızı təhlil edəcəyik və oyunu qurmaq üçün yaxşı komanda formalaşdırmağa çalışacağıq. Komanda fiziki cəhətdən heç nəyə nail ola bilməz. Ancaq biz birgə çalışsaq, komandaya uğuru qaytarmış olarıq. Əsl komanda şəklində görünməyimiz üçün bu çox vacibdir. Aydın məsələdir ki, hər bir yığmanın öz hədəfləri olur və heç kəs rəqibinə sərbəst oynamağa imkan vermir. Bizim özümüzü göstərməyimiz lazımdır. Məqsədimizə məşq prosesində məsuliyyət və nizam-intizamlı çalışmaqla çata bilərik. Motiv həmişə mövcuddur. Yaxın bir neçə gündə bütün futbolçular ancaq qələbə qazanmaq üçün ən yaxşı formasında olmalıdır”.
Qeyd edək ki, millimizin Makedoniya ilə görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşma “II Filip” stadionunda keçiriləcək.

0
0