“İnter” yoxlama oyunu keçirəcək
13.11.2013 - 10:17
“İnter” yoxlama oyunu keçirəcək
“İnter” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum yararlanacaq. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “bankirlər” fasilə müddətində 1 yoxlama oyunu keçirməyi planlaşdırıb.

Rəqib çempionatın autsayderi olan “Sumqayıt” olacaq. Qarşılaşma noyabrın 16-sı “Şəfa” stadionunda baş tutacaq. Görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Simurq”la oyundan sonra 3 günlük istirahətə buraxılan “İnter” bugündən etibarən “Neftçi” ilə matçın hazırlıqlarını bərpa edəcək.