Ermənilərə “yox” deyib, Rusiyaya gedir
13.11.2013 - 10:22
Ermənilərə “yox” deyib, Rusiyaya gedir
Rumıniya futbolunun canlı əfsanəsi George Haci məşqçilik karyerasını Rusiyada davam etdirəcək. Apasport.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bir müddət öncə 48 yaşlı mütəxəssisin təmsilçiləri onu “Kuban” və “Terek”ə təklif ediblər. Ancaq sözügedən klublar müvafiq olaraq, Viktor Qonçarenko və Rəşid Rəhimovla anlaşıblar.

FİFA agenti, rumıniyalı məşqçilərlə əməkdaşlıq edən Leonid İstrati bildirib ki, Hacı Moskva “Dinamo”sunun timsalında Rusiya klublarında işləməkdə maraqlıdır: “George Rumıniya futbolunun canlı əfsanəsidir. Düzdür, onun “Terek”lə təmasda olmasını istisna etmirəm. Amma Qroznı təmsilçisi seçimini yerli məşqçi üzərində etdi. Hacıya Ermənistan Futbol Federasiyasından təklif vardı, lakin o, Ermənistan yığmasını çalışdırmaqdan imtina etdi. Onun istəyi Rusiyanın top-klublarında işləməkdir”.

Qeyd edək ki, futbolçu qismində “Real”, “Barselona” və “Qalatasaray” kimi klubların formasını geyinib. Məşqçilik karyerası ərzində isə “Bursaspor”, “Qalatasaray”, “Styaua” və “Timişuara”nı çalışdırıb.