“Qalatasaray” – “Yuventus” matçını stadiondan izlə!
13.11.2013 - 11:08
“Qalatasaray” – “Yuventus” matçını stadiondan izlə!
Bir “Jeep” sahibi kimi “Yuventus” tərəfini tutmaqmı, yoxsa, bir türk kimi “Qalatasaray”a azarkeşlik etməkmi? Çətin seçimdir! Əgər bu, qrupun son oyunudursa və bununla sənin komandan 1/8 finala çıxırsa...

Və bir də əgər bu seçimi “Jeep” verirsə... Yox, heç nə tələb etmir! Sadəcə, öz şah əsərinin – “Jeep Grand Cherokee”nin sahiblərinə ilin ən gözlənilən oyunlarından birinin canlı şahidi olmaq üstünlüyü verir.

“Grand Cherokee-n varsa, həyəcanlanmağı və həyəcandan həzz almağı bacarırsan. Onda sən bu oyunu mütləq görməlisən!” Jeep Grand Cherokee sahiblərinə bu mesajı göndərdi və adına layiq səxavət göstərdi. Bütün dövrlərin ən çox mükafat almış krossoverinin sahibləri ilin ən gözlənilən oyununun həyəcanını stadionda yaşayacaqlar.

“Yuventus” komandasının fanatı və futbol klubun sponsoru “Jeep” brendi “Qalatasaray”la “Yuventus” qarşılaşmasına “Jeep” avtomobil sahiblərinin də azarkeşliyini istəyir. Noyabrın 1-dən 30-dək Azərbaycanda “Jeep Grand Cherokee” alanlar İstanbulda “Türk Telekom Arena”da keçiriləcək “Qalatasaray” – “Yuventus” oyununa gedəcəklər.

Qeyd edilən müddətdə “Jeep Grand Cherokee” alan hər kəs ikitərəfli təyyarə bileti, 5 ulduzlu oteldə 2 gecə 3 gün qalmaq imkanı, dekabrın 10-da “Türk Telekom Arena”da keçiriləcək oyunu VIP lojada seyr etmək üstünlüyü qazanacaq. Jeep-dən oyuna dəvət almış şəxslər aeroportan otelə və geriyə, eləcə də oteldən stadiona xüsusi avtobusla çatdırılacaqlar.

Jeep-dən aparmaqdır, “Forza Juve!”, yoxsa, “Cim Bom şampiyon!” qışqırmaq isə öz işinizdir!

Qeyd edək ki, Azərbaycanda Jeep brendini Chrysler Mərkəzdə Auto Azərbaycan şirkəti Chrysler Mərkəzdə təqdim edir.