“Bakı” “Lans”a uduzdu
13.11.2013 - 11:17
“Bakı” “Lans”a uduzdu
Fransanın Lans şəhərində olan “Bakı”nın U-15 komandası ilk yoxlama oyununu keçirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən Lansda yağışlı hava olmasına rəğmən, təmsilçimiz səhər saatlarında ilk məşqinə çıxıb.

Üstəlik, “sarı-qırmızılar”ın məşqçisi Jan-Pyer Lurisella “Bakı”nın qapıçıları ilə ayrıca hazırlıq keçib. Axşam isə “Bakı” “Lans”dan olan həmyaşıdları ilə yoxlama görüşü keçirib və uduzub. Bu gün isə “Bakı”nın yetirmələri “Disney Land”ə gəzintiyə çıxacaqlar.

Qeyd edək ki, “Bakı”nın daha 2 yoxlama oyunu keçirəcəyi gözlənilir.