Tarmo Ruutli: Azərbaycanla oyunda onlara güvənəcəm
13.11.2013 - 11:23
“İlkin açıqlanan heyətdə yer alan bütün futbolçuların heç də hamısı Azərbaycan və Lixtenşteynlə hər 2 matçda oynamayacaq. Onlardan bəziləri noyabrın 15-də, bəziləri isə 19-da baş tutacaq görüşdə iştirak etməyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Estoniya milli komandasının baş məşqçisi Tarmo Ruutli deyib.
Noyabrın 15-də Azərbaycan, 4 gün sonra Lixtenşteynlə keçiriləcək yoxlama oyunları ərəfəsində təcrübəli mütəxəssisin problemləri başından aşır. Futbolçuların bəziləri zədəli, bəziləri icazəlidir.
Bu üzdən cəmi 3 mərkəz müdafiəçisi qalan Ruutli artıq millimizlə görüşdə güvənəcəyi cütlüyü müəyyənləşdirib: “İngiltərənin “York Siti” klubunda çxıış edən Sander Puri komandaya ayın 16-da qoşulması ilə bağlı xahiş edib. “Amkar”ın şərəfini qoruyan Konstantin Vasilyev isə əksinə, Azərbaycanla matçdan sonra düşərgəmizi tərk etmək istəyir. Yəqin ki, onun da xahişini nəzərə alacağıq. Artyom Artyununlə Karol Mets isə noyabrın 12-də ölkə kubokunun görüşündə iştirak edəcək. Millinin oyununa qədər onların cəmi 2 gün vaxtı qalacaq. Bəlkə də yenidən kimisə milliyə çağırdım. Sərəncamımda 3 mərkəz müdafiəçisi var. 2 oyunda da onlara güvənməliyəm. Azərbaycanla qarşılaşmada isə yəqin ki, Artyununlə Mik Reintama güvənəcəyəm”.
Qeyd edək ki, Estoniya – Azərbaycan oyunu Tallinndəki “Le Koq Arena” stadionunda keçiriləcək.

0
0