“Oyun praktikasının yoxluğu özünü noyabrın 15-də göstərə bilər”
13.11.2013 - 11:30
“Oyun praktikasının yoxluğu özünü noyabrın 15-də göstərə bilər”
“Azərbaycanla oyunda problemlə üzləşə bilərəm. Çünki mən Finlandiya çempionatında çıxış edirdim. Orada isə yarış çoxdan başa çatıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Estoniya millisinin futbolçusu Mik Reintam deyib.

Son 3 ili Finlandiyanın “Yuvaskulya” klubunda çıxış edən 23 yaşlı mərkəz müdafiəçisi noyabrın 15-də Azərbaycan, 19-da Lixtenşteynlə keçiriləcək yoxlama oyunları öncəsi çətinliklə üzləşib: “İndi oyun praktikasının yoxluğu özünü noyabrın 15-də göstərə bilər. Millinin şərəfini qorumaq böyük şərfədir. Sadəcə çempionatdan sonra 2-3 oyun keçirsəydim, belə çətinlik olmazdı. Atıq Finlandiya karyeramı başa vururam. Yeni klub axtarışına başlayacağam. Hətta Estoniyaya qayıdışım da istisna deyil”.

Qeyd edək ki, Reintam millidə 8 oyun keçirib.