“Bakı”nın oyunçusu Kişinyova gedir
13.11.2013 - 12:05
Litva yığmasının müvəqqəti çalışdırıcısı İqor Pankratyev Moldova ilə yoldaşlıq oyunu üçün 21 futbolçuya dəvət göndərib. Apasport.az saytının məlumatına görə, dəvətlilər arasında “Bakı”nın yarımmüdafiəçisi Mindauqas Kalonas da var.
Sumqayıt “Standard”ının sabiq məşqçisi paytaxt təmsilçisinin digər futbolçusu Deyvidas Çesnauskisə dəvət göndərməyib. Heyətdə “Neftçi”nin sabiq qapıçısı Paulius Qribauskas da var. Moldova yığmasının baş məşqçisi İon Karas isə bu oyun üçün açıqladığı “23-lük”də “Muğan”ın sabiq hücumçusu Vadim Kriçmarla AZAL-ın keçmiş yarımmüdafiəçisi Artur Patraşa yer ayırıb.
Qeyd edək ki, Moldova ilə Litva arasında keçiriləcək yoldaşlıq oyunu noyabrın 18-də keçiriləcək. Qarşılaşma Moldovanın paytaxtı Kişinyovda baş tutacaq.

0
0