Siyasətçilər İspaniya millisinə qarşı
13.11.2013 - 12:16
Siyasətçilər İspaniya millisinə qarşı
İspaniyalı siyasətçilər bu ölkənin milli komandasının Ekvatorial Qvineya ilə yoldaşlıq görüşü keçirməsinin əleyhinədirlər. Apasport.az xəbər verir ki, bir sıra partiyalar noyabrın 16-da Ekvatorial Qvineyanın paytaxtı Malaboda təşkil ediləcək görüşün baş tutmasına etiraz ediblər.

İspaniya mətbuatının yazdığına görə, etirazçılar səbəb kimi Ekvatorial Qvineyada Teadoro Obianq Ngema diktatura rejiminin hökm sürməsini göstəriblər.

Qeyd edək ki, Teadoro Obianq Ngema İspaniya millisi üzərində qələbə müqabilində futbolçulara 5 milyon dollar mükafat vəd edib. O, həmçinin bildirib ki, dünya və Avropa çempionlarının qapısına vurulacaq hər qolun qarşılığında komanda 50 min dollar bəxşiş alacaq.