Mütləq rekord dalınca!
13.11.2013 - 13:00
Noyabrın 15-də Estoniya ilə keçiriləcək yoxlama oyunu Azərbaycan yığmasının tarixində 202-ci qarşılaşma olacaq. Apasport.az saytının məlumatına görə, ilk matçını 1992-ci il sentyabrın 17-də keçirən komandamız Tallinndəki görüşədək 201 görüş keçirib.
Bu matçlarda 37 qələbə qazanan millimiz 54 dəfə heç-heçə ilə kifayətlənib. Komandamız 110 dəfə meydanı başıaşağı tərk edib. Futbolçularımız millinin oyunlarında 144 dəfə rəqib qapısına yol tapıblar. Bu qarşılaşmalarda yığmamızın qapıçıları 344 topun buraxılmasına üzülüb.
Qarşılaşma yığmamızın yoldaşlıq görüşləri və yoxlama xarakterli turnirlərdə 104-cü matçı olacaq. 28 qələbə qazandığımız belə oyunların 35-də heç-heçə qeydə alınıb. 40 dəfə isə qalib gələn rəqib olub. 96 dəfə rəqib qapılarına yol tapan yığmamız 130 top buraxıb.
Bu görüş millimizin baş məşqçisi Berti Foqtsun postunda 63-cü oyunu olacaq. 6 ildir yığmamıza rəhbərlik edən almaniyalı mütəxəssis indiyədək 62 qarşılaşmada komandanın “sükanı arxasında” olub.
Bu görüşlərdə futbolçularımızın 14 qələbəsi, 20 heç-heçəsi və 28 məğlubiyyəti var. Foqts 52 qolun sevincini yaşayıb. Rəqiblər isə millimizin qapıçılarını 86 dəfə məyus edib. Foqtsun 15-ci qələbə arzusunu gerçəkləşdirmək üçün millimiz Tallinndə qalib gəlməlidir.
Əvvəlki 62 görüşün 32-si yoxlama matçı olub. Bu matçlarda 11 heç-heçəsi və 11 məğlubiyyəti olan yığmamız 11-ci qələbəsini gözləyir. Yoxlama oyunlarında almaniyalı 31 dəfə yetirmələrinin, 35 dəfə rəqiblərin qolunu görüb.
Qeyd edək ki, Foqtsun yetirmələri 2013-cü ildə 11-ci oyununa çıxacaq. Bu il baş tutan 10 qarşılaşmada 3 qələbə, 6 heç-heçə və yalnız 1 məğlubiyyəti olan millimiz 10 qol vurub və 6-nı buraxıb.
Martın 26-da Portuqaliyaya 0:2 hesabı ilə uduzandan sonra komandamız ardıcıl 6 matçda uduzmur. Bu futbol tariximizin rekordunun təkrarıdır. İndiki seriyanı 7-yə çatdırmaq üçün Baltikyanı ölkəyə səfərdə uduzmamaq gerçəkləşərsə mütləq rekord rəsmiləşəcək.

0
0