Duqlas Leytenin ilk “quru” oyunu
13.11.2013 - 13:11
Duqlas Leytenin ilk “quru” oyunu
Topaz Premyer Liqasının IV turun “Neftçi” ilə görüşündən (0:0) sonra qapısını toxunulmaz saxlayan “Xəzər Lənkəran” ardıcıl 9 matç idi “quru” oyun keçirmirdi. Apasport.az klubun saytına istinadən xəbər verir ki, bu seriyanı sonuncu turda “Qəbələ” ilə qolsuz heç-heçə ilə qıran Con Toşakın yetirmələri avqustun 25-dəki matçdan 77 gün sonra uğursuzluğa son qoydu.

Bu görüş Duqlas Leytenin “Xəzər Lənkəran” karyerasında ilk “quru” oyunu oldu. Əvvəlki matçlarda qol buraxan cənubi amerikalı legioner komandanın 11 qapıçısı arasında meydanı qol buraxmadan tərk edən 9-cu əlcək sahibidir. Braziliyalı Kamran Ağayevin rekordçu olduğu siyahıya daxil olmağı bacarıb:

Kamran Ağayev – 81, Aleksandr Martyoşkin – 32, Dmitri Kramarenko – 24, Orxan Sadıqlı – 10, Milorad Koraç – 8, Antonio Doblas – 5, Denis Romanov – 3, Duqlas Leyte, Kamal Bayramov, Ramiz Kərimov – hərəyə 1 “quru” oyun. Yevgeni Kopil keçirdiyi yeganə matçda qapısında qol görüb.