Millimizin baş məşqçisinin mətbuat konfransının vaxtı bilindi
13.11.2013 - 14:05
Millimizin baş məşqçisinin mətbuat konfransının vaxtı bilindi
UEFA Futzal Kubokunun D qrupunda mübarizə aparacaq komandaların baş məşqçilərinin keçirəcəyi mətbuat konfransının vaxtına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Sportinq” tərəfi meydan sahibi qismində 4 məşqçinin jurnalistlər önünə çıxmasını təşkil edəcək.

Maraqlıdır ki, mətbuat konfransları elit mərhələnin oyunlarından əvvəl keçirilməyəcək. Belə ki, David Madrid (“Dyor”), Karmelo Nieddu (“Eyndhoven”), Alesio (“Araz”) və Nunu Diaş (“Sportinq”) qrupun son – həlledici oyunlarından bir gün öncə mətbuat nümayəndələri önünə çıxacaq. Çalışdırıcılar jurnalistlərin suallarını noyabrın 23-də “Koşta da Kaparika” otelində cavablandıracaq.

Qeyd edək ki, “Araz”ın baş məşqçisi olan braziliyalı Alesio eyni zamanda futzal üzrə milli komandamızı da çalışdırır.