Nadir Qasımovun cəzası yüngülləşdirildi
13.11.2013 - 14:59
Nadir Qasımovun cəzası yüngülləşdirildi
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda “Qəbələ” və “Mil-Muğan” klublarının, həmçinin məşqçi Nadir Qasımovun müraciətlərinə baxılıb.

Müzakirələrdən sonra qərara alınıb ki, İntizam Komitəsinin U-17 Liqasında keçirilən oyunu ilə bağlı qonaqlara verilmiş texniki məğlubiyyət, klubun məşqçisi və klub barədə çıxardığı qərar qüvvədə saxlanılıb. “Mil-Muğan”ın futbolçusu Elşən Hacıyevlə bağlı qərara da dəyişməz qalıb.

“Şuşa”nın baş məşqçisi Nadir Qasımov barədə çıxarılan qərar isə yüngülləşdirilib. Təcrübəli mütəxəssisin 10 oyun deyil, 5 matçlıq kənarlaşdırılması daha məqsədəuyğun sayılıb. Qasımov cəzanın digər 5 oyunluq hissəsindən 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. Çalışdırıcı növbəti yarım ildə analoji hərəkətlərə yol versə, təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.

Mənbə: affa.az