“İtaliya millisi qoyun dərisi geyinmiş canavardır”
13.11.2013 - 17:45
“Yoldaşlıq matçı üçün İtaliya millisindən yaxşı rəqib ola bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.
Bundestim noyabrın 15-də səfərdə İtaliya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Görüş ərəfəsində yerli mətbuata danışan Löv rəqib haqda xoş sözlər söyləyib: “Onların komandası qoyun dərisi geyinmiş canavardır, nə gözləyəcəyini bilmirsən. İtaliyalılar oyun tərzini qarşılaşmanın gedişində asanlıqla dəyişə bilirlər. Almaniya yığması Bir çox komponentlər üzərində işləməlidir”.

0
0