Teofanis Gekas danışdı: Əsas məqsəd ora getməkdir
13.11.2013 - 18:58
Teofanis Gekas danışdı: Əsas məqsəd ora getməkdir
“Hər iki komanda üçün çətin matç olacaq. Yaxşı ki, bizim belə oyunlarda təcrübəmiz var. Fikrimcə, biz ciddi və intizamlı oynasaq, onda lazımi nəticəni qazanacağı”. Apasport.az saytının məlumatına görə, bunu Yunanıstan millisinin və “Konyaspor”un hücumçusu Teofanis Gekas deyib.

Portuqaliyalı çalışdırıcı Fernandu Santuş noyabrın 15-də pley-off mərhələsinin Rumıniya ilə matçı üçün Türkiyə Superliqasında oynayan futbolçuya da dəvət göndərib. Hazırkı Yunanıstan millisinin 24 qolla bombardiri olan 33 yaşlı futbolçu qarşılaşma haqqında fikirlərini açıqlayıb: “Belə matçlarda ən əsas məsələ ilk dəqiqələrdən sonra kimi düzgün istiqamətdə oynamaqdır. Bu həftə Rumıniyanın bir neçə matçına baxacağıq və cümə günü qələbə üçün nə lazımdırsa, edəcəyik. Əsas məqsədimiz cütlükdə qalib olub Braziliyada keçiriləcək dünya çempionatına getməkdir”.

Qeyd edək ki, “Qəbələ”nin “Fanis” ləqəbli yunan hücumçu ilə maraqlandığı bildirilir. Ancaq klub rəsmiləri Frankfurt “Ayntraxt”ındakı çıxışları ilə tanınan Gekasın onlara qışda – “Akhisar Bələdiyyəspor”a keçməzdən əvvəl təklif olunduğunu açıqlayıb.