Valdes xələfini açıqladı - FOTO
13.11.2013 - 21:35
Valdes xələfini açıqladı - FOTO
Mövsüm sonunda “Barselona”dan ayrılacaq qapıçı Viktor Valdes xələfinin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan Valdes onun yerinə klubun B komandasının qolkiperi Xordi Masipin gətirilməsini məsləhət görüb.

32 yaşlı futbolçu Masipə güvəndiyini deyib: “Masiplə bağlı ilk dəfə danışıram. Onun çıxışı xoşuma gəlir. Futbol məktəbimizin yetirmələrinə şans verilməsi əla olar. Amma bu işin öhdəsindən gəlməyin də çox çətin olduğunu bilirəm”.

Qeyd edək ki, hazırda 24 yaşında olan Masip 2011-ci ildən bəri kataloniyalıların B komandasında çıxış edir.