İbrahimoviç klub prezidentinin sözünü yerə saldı
13.11.2013 - 21:56
İbrahimoviç klub prezidentinin sözünü yerə saldı
PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 32 yaşlı hücumçu 2016-cı ildə müqaviləsi başa çatdıqdan sonra Paris təmsilçisindən ayrılacağını deyib.

İsveçli forvard futbolçu karyerasını Avropadan kənarda başa vurmaq istədiyini bildirib: “Gələcəkdə ABŞ ola bilərmi? Dəqiq bilmirəm. Plan qurmağı elə də xoşlamıram, amma PSJ ilə müqaviləm başa çatdıqdan sonra Avropadan kənar bir klubda çıxış etmək istəyirəm. Harada olduğunu dəqiq bilmirəm”.

Qeyd edək ki, yaxın günlərdə FİFA-nın rəsmi saytına müsahibə verən PSJ-nin prezidenti Nasser Əl-Xəlafi isə İbrahimoviçin Paris klubunda futbola vida edəcəyini demişdi.