“Borussiya” Levandovskinin əvəzləyicisini tapdı
13.11.2013 - 22:35
“Borussiya” Levandovskinin əvəzləyicisini tapdı
“Borussiya” mövsüm sonunda klubdan ayrılacaq hücumçusu Robert Levandovsikinnin əvəzləyicisini tapıb. Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Dortmund təmsilçisi “Mançester Siti”nin futbolçusu Edin Dzekonu heyətinə qatmağa hazırlaşır.

Levandovski səviyyəsində bir forvard alınması üçün rəhbərliyə müraciət edən Almaniya klubunun baş məşqçisi Yugen Klopp Dzekonun polşalı oyunçunun yerini doldura biləcəyini deyib. Məlumatda o da qeyd olunur ki, bu keçidin 15 milyon avroya reallaşa bilər.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin də üzvü olan Dzekonun mövsüm sonunda ingilis klubundan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.