“Napoli” prezidentindən transfer üçün 50 milyon avro
13.11.2013 - 23:57
“Napoli” prezidentindən transfer üçün 50 milyon avro
“Napoli”nin prezidenti Aurelyo De Laurentiis klubun gələcək planları ilə bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan De Laurentiis qış transfer pəncərəsində komandanı yeni futbolçularla gücləndirəcəklərini deyib:

“Rəqabətdə ola bilməyimiz üçün yanvarda yeni transferlər üçün daha 50 milyon avro xərcləməliyik. Əgər kifayət qədər pul xərcləyə bilməsəniz, uğur qazanmağınız çox çətin olar. Çempionlar Liqasında uğur qazanmağımız üçün ən güclü futbolçuları heyətimizə qatmalıyıq. Baş məşqçimiz Rafael Benites də bunu yaxşı bilir”.

Qeyd edək ki, “Napoli” hazırda İtaliya A Seriyasında 28 xalla turnir cədvəlinin 3-cü pilləsində yerləşir.