Klublar Birliyinin prezidentindən Əziz Yıldırıma sərt sözlər
14.11.2013 - 05:57
Klublar Birliyinin prezidentindən Əziz Yıldırıma sərt sözlər
Türkiyə Klublar Birliyinin prezidenti İlhan Cavcav “Fənərbaxça” klubunun rəhbəri Əziz Yıldırımı tənqid atəşinə tutub. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, Cavcav ötən həftə Ankaradakı və bu həftə isə İstanbuldakı iclasda iştirak etməyən Yıldırım haqqında bu sözləri deyib:

“Klub rəhbərləri gəldi gedərdir. Kim nə edirsə, özü üçün edir. Bu gün buradan açıqlayıram. “Fənərbaxça” Türkiyədə çox azarkeşi olan və sadə insanların qurduğu bir klubdur. Əziz Yıldırım kimdir ki? Növbəti iclasımızda “Fənərbaxça”dan bir nümayəndə iştirak etməzsə, onları Klublar Birliyindən kənarlaşdıracağam”.

Qeyd edək ki, Cavcav hazırdan həm “Gənclərbirliyi” klubunun, həm də Klublar Birliyinin prezidentidir.