“PSJ bütün turnirlərdə uğur qazanmağa qadirdir”
14.11.2013 - 07:42
PSJ-nin braziliyalı futbolçusu Lukas Moura klubun gələcəyi ilə bağlı iddialı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Fransa mətbuatına danışan 21 yaşlı yarımmüdafiəçi yüksək səviyyəli futbolçulardan təşkil olunmuş komandanın bütün turnirlərdə uğur qazanmağa qadir olduğunu deyib:
“Komandamıza böyük təcrübəyə malik futbolçular yığışıb. Bundan əlavə bizə Loran Blan kimi böyük təcrübəyə malik baş məşqçi rəhbərlik edir. Bütün bu amillər çox şey deməkdir. PSJ 3 yarımmüdafiəçi və üç hücumçu sxemi ilə oynayandan bəri daha da güclənib. Komandadakı rəqabət və təcrübə hər bir oyunçuya inkişaf üçün stimul verir”.
Qeyd edək ki, Moura cari ilin yanvar ayında ölkəsi Braziliyanın “San-Paulo” klubundan PSJ-yə transfer olunub.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0