Azərbaycan yığması D səbətində
14.11.2013 - 10:34
19 yaşadək qızlar arasında növbəti Avropa çempionatının püşkatma mərasimi noyabrın 20-də keçiriləcək. Apasport.az saytının məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir ərəfəsində Avro-2015-in iştirakçıları səbətlərə bölünüb.
Final mərhələsi İsraildə təşkil olunacaq yarışa vəsiqələr uğrunda 47 yığma mübarizə aparacaq. Onlardan 3-ü – Almaniya, İngiltərə və Fransa seçmə mərhələdən azaddır. Onlar elit-raunddan yarışa qatılacaq.
Seçmə mərhələnin 44 iştirakçısı isə 11 qrupa bölünəcək. Onlar indidən 4 səbətə paylanıb. Bu komandalar arasında olan Azərbaycan millisi ən zəiflərin qərarlaşdığı D səbətindədir. Bu isə Patrisiya Qonzalesin yetirmələrinin güclü rəqiblərlə eyni qrupa düşməsi deməkdir.
Qeyd edək ki, Avro-2015-in seçmə mərhələsinin oyunları 2014-cü il sentyabrın 13-18-də keçiriləcək.
A səbəti: Norveç, Danimarka, İsveç, İspaniya, İtaliya, Finlandiya, İsveçrə, Belçika, Portuqaliya, Çexiya, Hollandiya
B səbəti: İslandiya, Şotlandiya, Avstriya, Serbiya, Rusiya, İrlandiya, Uels, Rumıniya, Şimali İrlandiya, Ukrayna, Macarıstan
C səbəti: Polşa, Yunanıstan, Türkiyə, Xorvatiya, Sloveniya, Bosniya və Hersoqovina, Makedoniya, Kipr, Slovakiya, Moldova, Farer adaları
D səbəti: Litva, Bolqarıstan, Belarus, Estoniya, Qazaxıstan, Latviya, Azərbaycan, Gürcüstan, Albaniya, Malta, Monteneqro

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0