FİFA İngiltərə və Polşanı cəzalandırdı
14.11.2013 - 10:45
FİFA-nın Nəzarət-İntizam Komissiyası İngiltərə və Polşa futbol assosiasiyalarını cəzalandırıb. Apasport.az məşhur “Sky Sports”a istinadən xəbər verir ki, ali futbol qurumunun müvafiq komissiyası DÇ-2014-ün seçmə qrup mərhələsinin 10-cu turunda bu 2 komandanın oyunu zamanı yaşananlara hüquqi qiymət verib.
“Uembli” stadionunda keçirilən görüş zamanı polşalı fanatlar pirotexniki vasitələrdən yararlanıb və meydançanın içərisinə doğru qaçıblar. Buna görə Polşanın futbol qurumu 20 min funtdan çox pul ödəməlidir. İngilislər isə təhlükəsizlik tədbirlərini yerinə yetirə bilmədiyi üçün 7 min funt sterlinq cəzaya məhkum edilib.
Qeyd edək ki, oktyabrın 15-də keçirilən bu matçda meydan sahibi olan İngiltərə 2:0 hesabı ilə qalib gəlib. Qolları isə Ueyn Runi və Stiven Cerrard polyakların qapısından keçirib.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0