Löv Foqtsa yaxınlaşır
14.11.2013 - 11:04
Sabah İtaliya və Almaniya milliləri arasında baş tutacaq yoldaşlıq matçı Bundestimin baş məşqçisi Yoahim Löv üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis 2006-cı ildə Yurgen Klinsmanndan təhvil adlığı yığmanı 100-cü oyuna çıxaracaq.
Löv bununla Bundestimin baş məşqçisi qismində 100 oyun keçirən 4-cü çalışdırıcı olacaq və oyun sayında hazırda yığmamıza rəhbərlik edən həmyerlisi Berti Foqtsa yaxınlaşacaq. Belə ki, Avro-1996-da Almaniya millisini çempionluğa daşıyan Foqtsun hesabında 102 matç var. Lakin o, sıralamada üçüncüdür.
Müvafiq olaraq, DÇ-1954 və DÇ-1974-də Bundestimlə çempionluq yaşayan Zepp Herberger (167) və Helmut Şen (139) ilk iki pilləni bölüşürlər.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0