AFFA-nın hüquqşünası: Cəzanın məbləğini açıqlayaram, amma...
14.11.2013 - 14:00
“FİFA-dan bizə hələ cəza ilə bağlı məktub gəlməyib”. Bunu apasport.az saytına AFFA-nın baş hüquqşünası Rəmiş Malıyev deyib.
Oktyabrın 15-də millimizin Rusiya ilə son görüşündə yaşananlar FİFA-nın Nəzarət-İntizam Komissiyasında müzakirə olunacaq. Ata tərəfdən azərbaycanlı olan Aleksandr Səmədovun seçmə mərhələ oyunundan öncə mətbuata verdiyi qıcıq doğuran açıqlaması yerli azarkeşlərin onu bağışlamamağına səbəb olmuşdu. Ona görə də məhz qarşılaşmanın gedişində onun ünvanına bəzi xoşagəlməz ifadələr işlədən tərəfdarlar bununla kifayətlənməmiş, Səmədov künc zərbələrini yerinə yetirdiyi zaman üzərinə müxtəlif əşyalar atmışdılar.
Görüşün baş hakimi isə bunları qeyd etdiyindən, AFFA-nı maliyyə sanksiyası gözlədiyi aydındır: “Bizə sonuncu dəfə FİFA-dan gələn son məktubda bildirilib ki, hansı hallara görə cərimə olacaq. Cərimə millimizin Rusiya ilə oyununda “Bakcell Arena”nın meydançasına atılan butulkalar və s. əşyalara, eləcə də rəqib oyunçuya yerli azarkeşlər tərəfindən şüarlar səsləndirilməsinə görə veriləcək. Stadionun cəzalandırılmasından isə söhbət gedə bilməz. Yalnız yerli assosiasiyaya maliyyə cəriməsi veriləcək. Hazırda iş FİFA-nın Nəzarət-İntizam Komissiyasının icraatındadır. Hələ ki, bu qurum cəzanın həcmini açıqlamayıb. Belə olsaydı, bizə məktub gələrdi. Yalnız bizə məktub gəldikdən sonra sizə cərimə ödəməli olduğumuz məbləği açıqlaya bilərəm”.
Səbuhi TOFİQOĞLU

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0