FİFA-dan iki ulduz
14.11.2013 - 13:14
 FİFA-dan iki ulduz
AFFA tərəfindən inşa olunmuş “Bayıl Arena” FİFA sertifikati alıb. Apasport.az saytının məlumatına görə, arenanın süni örtüyünə ən yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə AFFA-nın müraciəti beynəlxalq futbol qurumu tərəfindən cavablandırılıb.

FİFA “Bayıl Arena”nın süni örtüyünə 2014-cü il oktyabrın 13-dək olan müddət üçün 2 ulduz verib. Bunu təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib.

Mənbə: affa.az