Ruslan Əmircanov: Estoniyadır da, gedib udub gələcəyik... - MÜSAHİBƏ
14.11.2013 - 14:32
Noyabrın 15-də Tallinndə Estoniya, 4 gün sonra isə Bişkekdə Qırğızıstanla qarşılaşacaq Azərbaycan milli komandasının futbolçusu Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi
- İki səfər oyunu ərəfəsində yığmada ab-hava necədir?
- Açığı komandanın Bakıdakı toplanışında iştirak etməmişəm. Mənə son anda zəng vurdular ki, Estoniyaya yollanırsan, hava limanına gələrsən. Amma uşaqlarla danışmışam. Onlar həvəslə hazırlaşdıqlarını, qələbə qazanmaq istədiklərini bildirdilər.
- Xüsusilə də müdafiə xəttində ciddi itkilərin olmasından xəbərdarsınız?
- Bəli, bilirəm ki, komandada zədəli futbolçular var.
- Onların yoxluğu oyununuza təsir edə bilərmi?
- Əsas heyətin üzvləri olduğuna görə, yoxluqları hiss olunacaq. Baş məşqçi zədəli futbolçuların yoxluğunda kimlərə şans versə, həmin futbolçular da onların yoxluğunu hiss etdirməməlidir. Boşluqları doldurmaq vacibdir.
- Estoniya və Qırğızıstan yığmaları haqda nə bilirsiniz?
- Bu gün futbolda zəif rəqib yoxdur. Heç bir komanda geriyə addımlamır. Hamı inkişaf edir. Estoniya da güclü komandalardandır. Oynamaq lazımdır. Estoniyadır da, gedib udub gələcəyik, demək olmaz. Oyunlarda sürət artıb. Baktikyanı ölkə futbolu da inkişafdadır. Üstəlik öz meydanlarında oynayırlar.
- Bəs Qırğızıstanla duellə bağlı nə düşünürsüz?
- Asiya təmsilçisi fərqli üslubda oynayır. Bu komanda haqda geniş məlumatım yoxdur. Amma hörmətlə yanaşmalıyıq. Rahat qələbə qazanacağıq desək, bu bizə baha başa gələ bilər.
- Rəsmi oyunlardan fərqli yoldaşlıq matçlarına motivasiya fərqli olur. Bu baxımdan qarşıdakı iki oyuna köklənə biləcəksinizmi?
- Yoldaşlıq oyunları keçirmək də vacibdir. Çünki bu cür oyunlarda yeni futbolçulara da şans verilir. Eyni zamanda baş məşqçi yığmanın əsas heyət üzvlərinin də hansı səviyyədə olduğunu yoxlayır.
- Amma rəsmi oyunlara olduğu kimi köklənmək mümkün deyil...
- Yaxşı hazırlaşmaq lazımdır. Çünki Azərbaycanın adını təmsil edirik. Şans verilsə, əlimdən gələni edəcəyəm. Çünki bu forma altında meydana çıxmışıqsa, rəsmi və ya yoldaşlıq oyunu olmasına baxmayaraq, uğur qazanmalıyıq.
- Son rəsmi oyunlardakı qələbə və heç-heçələrə görə futbolçulara kifayət qədər yaxşı mükafat verildi. Yoldaşlıq oyunları üçün bu qədər mükafatın olmayacağı dəqiqdir. Bu necə, oyunununa təsir edəcəkmi?
- Məncə, etməyəcək. Çünki yığmanın formasını pula görə geyinmirik. Allaha şükür, futbol oynayırıq, pulumuzu qazanırıq. Qələbə qazansaq, mükafat verilsə lap yaxşı. Olmasa da ciddi problem olmayacaq. Meydana çıxan zaman heç vaxt pulu fikirləşib oynamamışam.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0