“Dünya çempionatında mənə daha çox ehtiyac var, nəinki Ronaldoya”
14.11.2013 - 16:17
“Dünya çempionatında mənə daha çox ehtiyac var, nəinki Ronaldoya”
“Dünya çempionatında mənə daha çox ehtiyac var, nəinki Ronaldoya”. Bu sözlər İsveç millisinin və Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç deyib.

Portuqaliya və İsveç milliləri DÇ-2014-ə vəsiqə uğrunda pley-offda üz-üzə gələcəklər. İlk görüş sabah Lissabonda keçiriləcək. İbrahimoviç hesab edir ki, azarkeşlər onu mundialda görməyi arzulayırlar: “Azarkeşlərə daha çox emosiya bəxş edə bilərəm. Mənim vurduğum qolları heç kəs vura bilməz. Düşünürəm ki, futbol azarkeşləri Braziliyada məhz məni görmək istəyirlər. Bir oyunçu kimi, Ronaldoya hörmət edirəm. Onun ən yaxşılardan biri olmasına şübhəm yoxdur”.

Qeyd edək ki, Portuqaliya – İsveç matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında cavab görüşü isə noyabrın 19-da keçiriləcək.