Macarıstan çempionunun prezidenti: “Araz”ın heyəti güclənib
14.11.2013 - 17:24
Macarıstan çempionunun prezidenti: “Araz”ın heyəti güclənib
“Güclü qrupa düşmüşük. “Sportinq” klubu öz meydanında oynadığından üstünlüyə malikdir. Son xəbərlərə görə, “Araz”ın heyəti bu günlərdə güclənib. “Eyndhoven”in də öz növbəsində qələbə qazanmaq üçün yaxşı şansları var”. Apasport.az saytının məlumatına görə, bunu Macarıstanın ETO futzal klubunun prezidenti Zoltan Druçko deyib.

Gələn həftə UEFA Futzal Kubokunun elit mərhələsinin D qrupunda oyunlara start veriləcək. Bununla bağlı ETO-nun rəhbəri mətbuat konfransl keçirib. Macarıstan çempionunun prezidentinin sözlərinə görə, ispaniyalı Viktor ayağı sındığından, turnirdə iştirak edə bilməyəcək. ETO onu başqa futzalçı ilə əvəzləmək istəsə də, transfer qaydaları buna imkan vermir.

Druçko əsas məqsədlərinin növbəti ilki turnir olduqlarını açıqlayıb: “Mümkün qədər qrupumuzda çox xal toplamalıyıq. Belədə ola bilsin ki, növbəti il biz ikinci səbətdə yer alaq. Hazırda isə seçmə mərhələ ETO üçün 100 faiz başa çatıb. Çünki bizim planımız növbəti il Dyör şəhərində keçiriləcək oyunlarla bağlıdır. Bizim elit mərhələni qəbul edəcək səviyyədə yeni çoxfunksiyalı zalımız var. Fikrimcə, bu, Dördlər Finalını keçirə bilməyimiz üçün real şans yaradacaq”.

Qeyd edək ki, ölkə çempionumuz “Araz” ETO ilə noyabrın 22-də qarşılaşacaq.