“Azərbaycan klubları ukraynalı oyunçuları götürə bilər”
14.11.2013 - 17:33
“Azərbaycan klubları ukraynalı oyunçuları götürə bilər”
“Bizim futzalçılarla yaxın xaricdə maraqlanırlar. Rusiya və Belarus klubları onları heyətində qatmaq istəyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri ukraynalı futbol agenti Maksim Karaqodin deyib.

Təkcə futbolçularla deyil, həm də futzalçılarla çalışan menecer bu ölkədən olan oyunçuların Azərbaycana gəlmək variantından danışıb: “Azərbaycan klubları da oyunçularımızı götürə bilər. Top-liqalara gəlincə isə vəziyyət fərqlidir. Futzalçılarımızın İspaniya və İtaliya klublarına keçməsi üçün konkret oyunçu üçün danışıqlar aparılmalıdır. Düşünürəm ki, yığmamızın uğurlu çıxışı onların xaricə yolunu açıb”.