ETO-nun baş məşqçisi: Biz ölkə futbolunu təmsil edirik
14.11.2013 - 17:57
“Hesab edirəm ki, Macarıstan klublarının bizə qarşı alyans yaratması səhv addımdır. Çünki biz tək futzalı yox, Macarıstan və ölkə futbolunu avrokuboklarda təmsil edirik”. Apasport.az saytının məlumatına görə, bunu Macarıstanın ETO klubunun baş məşqçisi David Madrid deyib.
İspaniyalı çalışdırıcı Portuqaliyanın paytaxtı Lissabona yollanmazdan öncə Macarıstanda keçirilən mətbuat konfransında klub prezidentindən daha inamlı danışıb. Madrid UEFA Futzal Kubokunda “Sportinq”, “Araz” və “Eyndhoven”lə düşdükləri qrupda uğurlu çıxışa ümid edir: “Razıyam ki, sənədlərdə “Sportinq” favorit hesab olunur. Ancaq bu, böyük əhəmiyyət kəsb etmir. İlk matçı biz Portuqaliya klubuna qarşı keçirəcəyik. Hansısa müsbət nəticəyə nail olsaq, bu bizdə inam yaradacaq. Hiss edirəm ki, çətinliklərə baxmayaraq, biz qrupda yuxarı pilləri tutacağıq. Əgər uğur bizim tərəfimizdə olsa, böyük işə nail ola bilərik”.
Qeyd edək ki, ETO - “Araz” oyunu noyabrın 22-də baş tutacaq. Bu matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0