Berti Foqts: Belə bəhanələr yaratmayın
14.11.2013 - 20:55
“Millidə qalıb-qalmayacağım barədə danışmaq istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis Estoniya ilə sabah keçiriləcək yoxlama oyunu ərəfəsində keçirilən açıq məşq öncəsi jurnalistlər önünə çıxıb. Foqts mətbuat konfransında Baltikyanı ölkə təmsilçisi ilə görüşdən danışıb: “Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Estoniya yığmasının oyununa baxmışam. Çox yaxşı təsir bağışladılar. Türkiyə ilə oyunlarını da izləmişəm. Yaxşı, sonadək mübarizə apardılar”.
Foqts millidəki itkilərə də toxunub: “Rəşad Sadıqov, Rəşad Sadiqov və Əfran İsmayılovun yoxluğu, Kamran Ağayevin olmaması özünü göstərə bilər. Sabah yaxşı oyun göstərməyə çalışacağıq. Yaxşı komandamız var. Mən dəvət etdiyim futbolçulara inanıram. Ağıllı oynamalıyıq. Fikrimcə, sabah bizi maraqlı oyun gözləyir”.
Almaniyalı mütəxəssis Topaz Premyer Liqasının autsayderi “Sumqayıt”ın 2 üzvünün – Vurğun Hüseynovla Pərdis Fərcad-Azadı milliyə çağırmasına da aydınlıq gətirib: “Komandamızda zədəli oyunçular olduğundan, “Sumqayıt”ın iki futbolçusunu heyətə cəlb etdim. Onların komandasının hansı pillədə qərarlaşması önəmli deyil. Yaxşısı onları çağırmaqdır, nəinki başqa komandada ehtiyatda qalanı. Vurğun gəncdir, zədəsi var idi, indisə millinin qapıları onun üzünə açıqdır. Pərdisdə isə hər şey alınsaydı, indi “Neftçi” və ya “Qarabağ”da oynayardı”.
Azərbaycanla müqayisədə daha soyuq iqlim şəraitinə malik Estoniyada olmaqları Foqtsu qorxutmur. Onun fikrincə, iqlimə uyğunlaşmaq yalnız bəhanə ola bilər: “Sizə soyuqdur ki? Sizi bizimlə gəlməyə heç kim məcbur etməyib. Uyğunlaşmaq müzakirə üçün mövzu deyil. Futbolçulara zəif oyun üçün belə bəhanələr yaratmayın. Sabah mən azərbaycanlı olacağam, alman yox. Biz Rusiya və Şimali İrlandiyaya qarşı oynadığımız kimi oynasaq, qalib gələ bilərik. Yaxşı yadımdadır ki, Şotlandiya ilə Estoniyanı 1:0 hesabı ilə məğlub etmişəm. İndi də qələbə istəyirəm”.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0