Dünya kuboku Misirdə - FOTOSESSIYA
14.11.2013 - 20:54
Dünya kuboku Misirdə - FOTOSESSIYA
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının qalibinə təqdim olunacaq kubok Misirə gətirilib. Apasport.az saytının məlumatına görə, kubok 3 gün ərzində bu ölkədə nümayiş etdiriləcək.

Təşkil olunan mərasimdə hadisə ilə bağlı fikirlərini açıqlayan Misirin Gənclər və İdman naziri Tahir Əbu Zeyd kubokun 267 gün ərzində 89 ölkədə nümayiş etdiriləcəyini deyərək sözlərini belə tamamlayıb: “FİFA-nın 89 ölkədən biri olaraq bizi də seçməsi qürurvericidir. Bu mərasim üçün Misirin seçilməsi ölkəmizin etibarlılıq və sabitliyinin göstəricisidir”.