Riberi “Bavariya”da məşqçi olmaq istəyir
14.11.2013 - 21:48
Riberi “Bavariya”da məşqçi olmaq istəyir
Münhen “Bavariya”sının ulduz futbolçusu Frank Riberi karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ölkəsi Fransanın mətbuatına danışan 30 yaşlı yarımmüdafiəçi futbolçu karyerasını klubunda başa vurub, orada məşqçi olaraq işləmək istədiyini bildirib:

“Bavariya”da futbolçu karyeramı başa vurmaqla bağlı fikrim qətidir. Bunu həmişəkindən daha çox istəyirəm. Futbolla vidalaşdıqdan sonra Münhen klubunun gənclərdən ibarət komandasında məşqçi işləmək istəyirəm. Gənc oyunçulara lazım olan hər şeyi öyrətmək fikrindəyəm. Bu mənim arzumdur”.

Qeyd edək ki, Riberinin “Bavariya” ilə müqaviləsi 2017-ci ilin yayında başa çatacaq.