Rasim Ramaldanov: Biz məhz qələbə üçün “döyüşəcəyik”
14.11.2013 - 21:51
“Estoniya və Qırğızıstanla oyunlar yoldaşlıq xarakteri daşısa da, qələbə bizə çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Rasim Ramaldanov deyib.
“Xəzər Lənkəran”ın müdafiəçisi hazırda Estoniyada olan yığmamızın sabah meydan sahibləri, 4 gün sonra Bişkekdə Qırğızıstanla keçiriləcək görüşlər ərəfəsində iddialı danışıb: “Qələbə qələbədir. Biz də məhz qələbə üçün “döyüşəcəyik”. Rəşad Sadıqovun yoxluğunda bizə çox çətin olacaq. Axı kapitanımız çox təcrübəlidir. Əlimizdən gələni edəcəyik ki, onun yoxluğu çox hiss olunmasın”.
Ramaldanov bu il müqaviləsi başa çatan baş məşqçi Berti Foqtsun postunda qalıb-qalmamasından da danışıb: “Bu sualın hələ açıq qalması oyunumuza təsir etməyəcək. Foqts dekabradək müqavilə ilə yığmanın baş məşqçisidir. Yalnız anlaşma bitəndən sonra onun qalıb-qalmaması ilə bağlı qərar veriləcək”.
Rasim “Xəzər Lənkəran”ın ölkə çempionatındakı çıxışına da toxunub: “Xəzər Lənkəran” zəif komanda deyil. Lakin hələ oyunumuzu tapa bilmirik. Özümüz qol vura bilmirik, amma hər oyunda bir-iki top buraxırıq. Düşünürəm ki, ardıcıl bir neçə qələbə qazansaq, hər şey qaydasına düşəcək”.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0