“Beşiktaş”ın sabiq qapıçısı həbs olundu - FOTO
15.11.2013 - 01:57
“Beşiktaş”ın sabiq qapıçısı həbs olundu - FOTO
Futbol üzrə Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq qapıçısı Fevzi Tucay həbs olunub. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, ötən gün saxlanılan 36 yaşlı keçmiş qolkiper 3 ay cəza çəkmə müəssisəsində qalacaq.

Belə ki, 7 il əvvəl boşandığı Eylem Çukuryurtun təzminatlarını ödəmədiyinə görə, Fevziyə hökm oxunub. Məhkəmədən çıxarkən jurnalistlərin suallarını cavablandıran Tuncay hadisəni bu sözlərlə izah edib: “Eylemlə 2 il yarın evli qaldıqdan sonra boşandıq. Bir də qızımız vardı. Ancaq bir müddət sonra məhkəmənin təyin etdiyi təzminatı ödəyə bilmədim. Bu sırf maddi səbəblərlə bağlı idi. İki ildir ki işsizəm və müraciət etdiyim insanların heç biri mənə kömək etmədi”

Qeyd edə ki, 1995-2002-ci illər ərzində “Beşiktaş”ın əsas qapıçısı kimi çıxış edən Fevzi 2012-ci ildə futbolçu karyerası ilə vidalaşıb.