Aleks de Souzadan “mavi”lərə dəstək
15.11.2013 - 02:57
“Fənərbaxça”nın sabiq futbolçusu Aleks de Souza Braziliya Futbol Federasiyasını tənqid edib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 36 yaşlı yarımmüdafiəçi tez-tez matçlara çıxdıqlarını və istirahət edə bilmədiklərini deyib:
“Mən Türkiyədə olarkən oyunlar arasındakı vaxt 5 gün idi. Normal istiraht və məşq edə bilirdik. Braziliyada isə demək olar ki, futbolçular yaşamır. Belə təqvimin kimə xeyri var? Heç kimə. Bu ancaq futbolçular üçün deyil, hamının ziyanınadır. Həftədə üç dəfə oyun keçirilir. Bu halda azarkeşlər pul verib bilet ala bilmir. Jurnalistlər isə vaxt məhdudiyyətinə görə, matçları lazımınca işıqlandıra bilmir. Bir futbolçu olaraq onu deyə bilərəm ki, belə olan halda qalibiyyətlərin də əhəmiyyəti azalır. Bu gediş Braziliya futbolunu uçuruma aparır”.
Təcrübəli yarımmüdafiəçi futbolda tolerantlıqdan da danışıb: “Artıq 2014-cü ilə keçirik. Yenə də futbolda cinsi azlıqlar məsələsi etirazla qarşılanır. Hesab edirəm ki, futbolçunun meydanda nə edəcəyi, nə işlər gördüyü daha önəmlidir. Nə fərqi var ki, o, qəşəng oğlandır, “mavi”dir, yaxud içki içir. Mən belə şeylərə önəm vermirəm”.
Aleks futbolçu karyerasını bitirdikdən sonra nə işlə məşğul olacağı barədə də danışıb: “Xeyr. Siyasətlə məşğul olmayacağam. Ola bilsin ki, məşqçi olaraq fəaliyyət göstərim. Bəlkə də şərhçi olaram. Amma mən hələ bu barədə düşünmürəm. Çünki futbolçu kimi, özümü daha yaxşı hiss edirəm”.
Qeyd edək ki, 2004-2012-ci illər Türkiyə təmsilçisi “Fənərbaxça”da çıxış edən Aleks hazırda ölkəsi Braziliyanın “Koritiba” klubunun şərəfini qoruyur.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0