“Qisas almaq fikrimiz yoxdur”
15.11.2013 - 05:48
“Qisas almaq fikrimiz yoxdur”
Almaniya millisinin futbolçusu Filip Lam İtaliya ilə keçirəcəkləri yoxlama oyunu ilə bağlı maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 30 yaşlı müdafiəçi ötən mövsüm Avropa çempionatının yarımfinal mərhələsində məğlub olduqları (2:1) rəqiblə bu matça qisas üçün çıxmadıqlarını bildirib.

Lam bu dəfə qalib gəlmək istədiklərini deyib: “İtaliya ilə oyunda qisas almağı düşünmürük. Keçmişi dəyişdirə bilmərik. Hər bir futbolçumuzun ağlında bir şey var, o da İtaliyaya heç qalib gəlməmiş olmağımız. Amma bu dəfə qələbə qazanmaq istəyirik”.

Bu matçda çıxış edəcəyi mövqe ilə bağlı da danışan təcrübəli müdafiəçi fikrini belə izah edib: “Keçən illər ərzində mövqe dəyişikliyinin mənim üçün heç bir problem yaratmadığını sübut etdim. Baş məşqçimiz hücum futbolunu sevir. Onun fəlsəfəsi budur. Onu da qeyd edim ki, bizdə müdafiədə yaxşı çıxış edən futbolçular var”.