Türkiyə qalib gəldi, İtaliya və Almaniya sülh bağladı - YENİLƏNİB
16.11.2013 - 01:56
Türkiyə qalib gəldi, İtaliya və Almaniya sülh bağladı - YENİLƏNİB
Bu gün dünyanın bir sıra futbol üzrə yığma komandaları yoldaşlıq oyunlarında üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ilə yanaşı daha 12 komanda qüvvəsini sınayıb.

Qrupdakı son Hollandiya məğlubiyyətindən sonra DÇ-2014-ə qatılmaq şansını itirən Türkiyə evdə Şimali İrlandiya ilə qarşılaşıb. Qardaş ölkənin millisi rəqibi 1:0 hesabı ilə məğlub edib

Günün digər qarşılaşmalarında isə futbolsevərlər maraqlı görüşlərin şahidi olacaq. Rusiya Serbiya ilə, İtaliya isə almanlarla 1:1 bərabərə qalıb. İngiltərə Cənubi Amerika təmsilçisi Çilini ilə oyunda meydanı məğlub tərk edib.


Beynəlxalq yoldaşlıq görüşləri

15 noyabr


Cənubi Koreya - İsveçrə - 2:1
QOLLAR:Ceonq-Ho, 59; Çunq-Yonq, 87 - Kasami, 7

Belarus - Albaniya - 0:0

Çexiya - Kanada - 2:0
QOLLAR: Çelustka, 3, Tomas Horava, 81

Rusiya - Serbiya - 1:1
QOLLAR: Aleksandr Səmədov, 30 - Corceviç, 31

Danimarka - Norveç - 2:1
QOLLAR: Kvist, 13, Boilesen, 90 - Pedersen, 78

Svazilend - Cənubi Afrika - 0:3
QOLLAR: Letşolonyane, 46, Zunqu, 48, Ntete, 64

Türkiyə - Şimali İrlandiya - 1:0
QOL: Mövlüd Ərdinc, 45

İrlandiya - Latviya - 3:0
QOLLAR: Kin, 22, MK Qidi, 68, Lonq, 80

İtaliya - Almaniya - 1:1
QOLLAR: Abate, 28 - Hummels, 8

Polşa - Slovakiya - 0:2
QOLLAR: Kuçka, 31

İngiltərə - Çili - 0:2
QOLLAR: Sançes, 7, 90

Şotlandiya - ABŞ - 0:0