Syomin: Arşavin kimi futbolçular hər vaxt ələ düşmür
15.11.2013 - 06:57
Syomin: Arşavin kimi futbolçular hər vaxt ələ düşmür
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin sabiq yetirəsi Andrey Arşavinin millidəki vəziyyətini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan Rusiya yığmasının keçmiş çalışdırıcısı 32 yaşlı hücumçunun komandaya lazım olduğunu deyib:

“Əvvəla Arşavin “Zenit”dəki yerini möhkəmləndirməlidir. Son oyunlarda yenə qeyri-standart hərəkətlər edir. Braziliyadakı dünya çempionatına qədər hələ vaxt var. Əgər Arşavin verilən şansları yaxşı dəyərləndirsə, yəqin ki, Baş məşqçi Fabio Kapellonun diqqətindən kənar qalmayacaq. Belə futbolçular hər vaxt ələ düşmür”.