“Sumqayıt”da qiyam: Futbolçular oyuna çıxmaq istəmirmiş
15.11.2013 - 10:01
“Sumqayıt”da qiyam: Futbolçular oyuna çıxmaq istəmirmiş
“Sumqayıt” klubu maliyyə problemi ilə üzləşib. Apasport.az saytının xəbərinə görə, bəzi futbolçular artıq 4 aya yaxındır pul üzünə həsrət qalıblar.

Buna etiraz edən komanda üzvləri hətta X tur çərçivəsində “Qarabağ”la oyuna (0:3) çıxmaq istəməyiblər. Amma qalmaqala komandanın kapitanı Samir Abasov müdaxilə edib.

Belə ki, veteran futbolçu əsasən etiraz edən gənclərə Ağdam təmsilçisi ilə görüşə çıxmağın vacibliyini bildirib. Klub rəhbərliyi həmin vaxt da futbolçulara maaşların veriləcəyini vəd etsə də, hələlik bu sözə əməl olunmayıb.