Azərbaycan yığması yubileyi görməyəcək
15.11.2013 - 10:14
Azərbaycan yığması yubileyi görməyəcək
Bu gün Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Estoniya yığması daha iki itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, bunu qarşılaşma ərəfəsində baş tutan mətbuat konfransında estoniyalıların çalışdırıcısı Tarmo Ruutli açıqlayıb.

Təcrübəli mütəxəssis bildirib ki, Martin Vunk və Enar Yaager zədə üzündən görüşdə iştirak etməyənlər sırasına qoşulduğunu bildirib: “Onların hər ikisi zədədən əziyyət çəkir. Həkimlər onların Azərbaycana qarşı oynamasına icazə vermədi. Bu futbolçular yalnız Lixtenşteynlə noyabrın 19-dakı görüşdə forma geyə biləcək”.

Qeyd edək ki, bununla da millidə 99 qarşılaşma keçirən Yaagerin Azərbaycanla görüşə təsadüf edəcəyi gözlənilən yubileyi təxirə salınıb.