Yığmamız autsayderlə bacarmadı - YENİLƏNİB
15.11.2013 - 21:49
Yığmamız autsayderlə bacarmadı - YENİLƏNİB
Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri qrupda 5-ci matçına çıxıb.

Futbolçularımız səfərdə Makedoniyanın qonağı olub. Yeganə xalını Bakıda qazanan autsayderi səfərdə yenməyə çalışan yığmamız qələbə sayəsində 2-ci pilləyə qalxa bilərdi. Lakin bu plan baş tutmayıb. Son səfər matçında Norveçi 3:1 hesabı ilə udan komandamız bu dəfə də rəqib meydanından minimal hesabla məğlub ayrılıb.


Qeyd edək ki, bu gün 8-ci qrup çərçivəsində İsrail Norveçi 4:1 hesabı ilə məğlub edib.


15 noyabr
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə oyunu
VIII qrup

MAKEDONİYA – AZƏRBAYCAN - 1:0
QOL: Velkovski, 69
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Skopye. “II Filip” stadionu


1
Portuqaliya
3
3
0
0
10-1
9
2
İsrail
4
3
0
1
14-7
9
3
Makedoniya
3
1
1
1
2-2
4
4
Azərbaycan
5
1
1
3
5-11
4
5
Norveç
5
1
0
4
6-16
3