“Qarabağ”da futbolçu problemi
15.11.2013 - 11:38
“Qarabağ”da futbolçu problemi
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə futbolçularına qisa müddətli istirahət verən “Qarabağ” məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, milli futbolçuların xidmətlərindən yararlana bilməyən komanda məşqlərini tam heyətlə keçə bilmir. Bunun üçün də aşağı yaş qruplarından futbolçular da əsas komandanın hazırlığına cəlb edilib.

Qeyd edək ki, “Qarabağ” Topaz Premyer Liqasının XIV turunda “Rəvan”ı qəbul edəcək. Oyun noyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Mənbə: qarabagh.com