Millimizdə oynayan futbolçudan “lipa” etirafı - MÜSAHİBƏ
15.11.2013 - 12:54
Bir dönəm Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasında və Bakının “Şəfa” klubunda çıxış edən Şamil Lahiyalov karyerasını başa vurmağa qərar verib. Apasport.az saytının məlumatına görə, dağıstanlı futbolçu Rusiya mətbuatına geniş müsahibəsində kiçik qardaşı Rəşidin sənədləri ilə yığmamızda oynamasından və komanda yoldaşları tərəfindən ifşa edilməsindən danışıb.
- 34 yaşınız var. Karyeranızı bitirmək üçün tez deyil?
- “Krılya Sovetov”da 2 ay bəs etdi ki, qərar verəm: “Anji” və ya “Terek”dən təklif alsam, davam edəcəyəm. Yox, artıq bitirirəm. Samarada mənə çətin oldu. Hamı öz ailəsi ilədir, mən isə tək. Şəhərin özü də bir qədər boz, tutqundur.
- Qroznıdan ailənizi gətirə bilməzdiniz?
- “Terek” hazırda Kislovodskidə məskunlaşıb. Bu mənim üçün ideal variant olardı, orada evim var. “Anji”də də oynayanda ev tutmuşdum, ailəmlə idim. Əyyaş deyiləm, ev mənim üçün çox önəmlidir. 3 uşağım var.
- Və bu son deyil?
- Atamdan geri qalmaq istəmirəm, onun 5 övladı olub.
- Ağlımıza bir fikir gəldi: bəlkə sizin yaşınız pasportunuzda qeyd olunandan çoxdur? Elə ona görə də karyeranızı bitirirsiniz...
- Artıq bu barədə danışa bilərəm. Bunu məcara kimi qəbul edin. 90-cı illərdə “Anji”yə düşmək çətin idi. Yoldaşlıq oyunu üçün Azərbaycana yollanmışdım. Orada isə deyirlər: “1982-ci il təvəllüdlü doğum şəhadətnaməsi tapsan, qala bilərsən”. Mən isə kiçik qardaşım Rəşidin sənədlərini gətirdim.
- Nə dərəcədə bir-birinizə oxşayırsınız?
- Doğum haqda şəhadətnamədə şəkil olmur. Mən 1979-cu il təvəllüdlüyəm, amma uşaq kimi görsənirdim. Peşəkar futbolçu səviyyəsinə çatanda dedilər ki, saxta pasport al, bundan sonrada da burada oynamağa davam et.
- Sizə nə mane oldu?
- Mənim ilk müqaviləmdə maaşım 470 rubl idi. Saxta pasportun qiyməti isə 4 min rubl. Tüpürüb, Dağıstana qayıtdım.
- Azərbaycanda sizi necə çağırırdılar? Şamil?
- Rəşid. Ancaq bir dəfə Dağıstan qəzetində şəklimi gördülər, orada “Şamil Lahiyalov” yazılmışdı. Soruşdular ki, demək, sən Şamilsən? Dedim yox, Rəşidəm. Amma azərbaycanlılar bic millətdi. Yarım saat sonra televizora baxırıq, birdən kimsə səslənir: “Şamil!” Mən çönüb baxdım. Hər kəsə məsələ aydın oldu.
- Etiraf etdiniz?
- Müqaviləmin sonunacan qaldım. Rəşid adı ilə Azərbaycan millisinin heyətində seçmə mərhələ də oynadım.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0